"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

8.08.2022 13:54 463
Premyer-liqa
“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Misli premyer-liqasının 1-ci turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədov səfərə yollanan heyətdə yer almayıb. Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.