Bu gün Misli premyer-liqasında 25-ci tura yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, “Qəbələ” “Qarabağ”ı qəbul edib. “Neftçi” isə “Turan Tovuz”u sınağa çəkib.
5 mart
"Qəbələ" - "Qarabağ" 1:3
İsnik Alimi, 31 - Ramil Şeydayev, 37 (p.), 68 (p.), Musa Qurbanlı, 56
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 28:+8=8-12, 25:36.
2006/07 - 0:2; 2007/08 - 1:2; 2008/09 - 1:2; 2009/10 - 1:1, 3:1; 2010/11 - 2:1; 2011/12 - 0:0, 1:0; 2012/13 - 1:1, 0:2; 2013/14 - 0:1, 0:1; 2014/15 - 2:1, 1:1; 2015/16 - 2:2, 1:2; 2016/17 - 2:0, 2:0; 2017/18 - 1:0, 0:1; 2018/19 - 1:3, 1:2; 2019/20 - 1:1; 2020/21 - 1:1, 0:5; 2021/22 - 0:0, 0:2; 2022/23 – 0:1.
Cəzalılar: Ruan Renato (Qəbələ), Rahil Məmmədov (Qarabağ).
“Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ. Şəhər stadionu. Saat 17.00
Həftənin ən baxımlı görüşünün Qəbələdə baş tutacağını iddia edə bilərik. Hər iki komandanın heyətində yetərincə keyfiyyətli futbolçular var. “Qarabağ” son vaxtlar yaxşı oyun sərgiləmir. Bu səbəbdən də səfərdə xal itirə bilər. Ağdam təmsilçisi toparlanmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdı. “Qəbələ” isə Konfrans Liqasına vəsiqə qazanmaq niyyətindədi. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv dogma meydanda ağdamlıları məğlub etmək potensialındadı.
Komandalar Azərbaycan çempionatlarında indiyə kimi 56 dəfə münasibətləri aydınlaşdırıb. Bu görüşlərin 31-də “Qarabağ”, 10-da “Qəbələ” qalib gəlib. 15 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də “köhlən atlar” öndədi – 87:43.
"Neftçi" – "Turan Tovuz" 4:0
Sezar Meza Kolli, 20, Emin Mahmudov, 24, 83, Mateus Saldanya, 73
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 1:+0=1-0, 0:0.
2022/23 – 0:0
Cəzalılar: Ataa Caber (Neftçi), Şəhriyar Əliyev (Turan Tovuz).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “8-ci km” qəsəbə stadionu. Saat 19.30
“Neftçi” 3-cü dövrədə məğlub olmayıb. “Ağ-qaralar” bu seriyanı davam etdirmək istəyir. Amma doğma meydanda tovuzluları məğlub etmək o qədər də asan olmayacaq. Çünki komandaların cari mövsümdə reallaşan hər iki görüşündə “Neftçi” çətinlik çəkib. Bakıda qolsuz heç-heçə qeydə alınıbsa, Tovuzda minimalhesablı (1:0) qələbə qazanılıb. Nə qədər çətin olsa da, Ayxan Abbasovun komandasının Konfrans Liqasına vəsiqə qazanmaq şansı var. Tovuzlular bundan istifadə etməyə çalışacaq.
1. Qarabağ 25 20 5 0 61-15 65
2. Sabah 25 17 5 3 53-18 56
3. Neftçi 25 16 4 5 46-22 51
4. Zirə 25 10 6 9 29-33 36
5. Qəbələ 25 8 8 9 29-31 32
6. Turan Tovuz 25 7 5 13 19-33 26
7. Kəpəz 25 4 8 13 24-46 20
8. Şamaxı 25 4 8 13 23-40 20
9. Sumqayıt 25 5 6 14 17-40 21
10. Səbail 25 4 5 16 19-42 17
Bombardirlər: Musa Qurbanlı, Ramil Şeydayev (hər ikisi Qarabağ) – 17, Emin Mahmudov (Neftçi) – 13, Coy-Lens Mikels (Sabah) – 12, Aleksey Kaşuk (Sabah) – 10.