U-17 millimizi qarşıda ciddi sınaq gözləyir.
Belə ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi komanda seçmə mərhələdə mübarizə aparacaq. Bunu nəzərə alaraq təcrübəli mütəxəssisdən U-17-nin planlarını öyrəndik:
“Oktyabrda rəsmi oyunlara start veriləcək. Serbiyada keçiriləcək üç matçda meydan sahibləri, Sloveniya və Luksemburq ilə qarşılaşacağıq. Bu oyunlara tam hazır olmaq üçün mart, aprel, may, iyun, avqust və sentyabrda təlim-məşq toplanışları baş tutacaq. Həmçinin beynəlxalq yoldaşlıq oyunları keçirəcəyik. Üç dəfə səfərdə, üç dəfə isə doğma meydanda rəqibləri sınağa çəkəcəyik. Martdakı toplanış martın 20-28-i aralığında baş tutacaq”.
KƏNAN BAHADIR