Gimnastımız finala yüksəldi - Dünya kuboku

3.03.2023 10:53 211
İdman
Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.

Gimnast bu nəticə ilə adını finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.