Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatının təsnifat mərhələsində kişi idman gimnastikası üzrə təmsilçilərimiz Nikita Simonov final mərhələsinə adlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Simonov halqalar ilə hərəkətlərdə, İvan Tixonov isə dayaqlı tullanmada uğurla çıxış edib.
Nikita Simonov ötən gün başa çatan İslam Həmrəyliyi Oyunlarında halqalarla hərəkətlərdə gümüş medal qazanıb.