Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku davam edir.
Azərbaycanlı idmançı Nikita Simonov yarışda bürünc medal qazanıb. O, halqa ilə hərəkətlərdə 14.500 xal toplayıb və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.