134 matç start heyətində meydana çıxan futbolçu karyerasını bitirdi

1.03.2023 13:52 204
Dünya futbolu
“Frayburq”un kapitanı Kristian Günterin möhtəşəm seriyası başa çatdı.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu bundesliqada son 134 matçın hamısını start heyətində keçirmişdi!

Amma hesabat turunu cəza üzündən buraxmalı oldu. O, sonuncu dəfə 2019-cu il fevralın 23-də “Auqsburq”la oyunda (yenə də cəza üzündən) meydana çıxmamışdı. Əslində Günterin göstəricisini hətta La Liqada ardıcıl 251 oyunda forma geyən “Atletik”li İnyaki Uilyamsın göstəricisindən də üstün saymaq olar. Çünki Uilyams ardıcıl 6 mövsüm bütün oyunlarda iştirak etməsinə baxmayaraq, heç bir “futbol ili”ndə əvvəldən sona qədər start heyətində meydana çıxmamışdı.

Günter isə ardıcıl 3 mövsümdə bütün qarşılaşmalarda start heyətində oynadı!