• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Möhtəşəm seriya 251-də dayandı - ARAŞDIRMA

Dünya futbolu

3-02-2023, 15:0

“Atletik”in hücumçusu İnyaki Uilyamsın “Futbol+” səhifələrində də dəfələrlə xatırlatdığımız möhtəşəm seriyası, nəhayət, bitdi – o, 2016-nın aprelindən bəri ilk dəfə La Liqa oyununda meydana çıxa bilmədi. “Atletik” isə “Selta”ya 0:1 hesabıyla uduzdu. Qana pasportu daşıyan bask 6 il 9 ay 22 gün davam gətirdi…

Football-plus.az xəbər verir ki, yanvarın 26-da İspaniya kubokunun 1/4 finalı çərçivəsində keçirilən “Valensiya” ilə oyunda (3:1) İnyaki 88 dəqiqə meydanda oldu, iki məhsuldar ötürmə verdi və komandasının yarımfinala adlamasına yardım etdi. Ancaq oyundan sonra hücumçu gözlənilmədən əzələsində narahatlıq hiss etdiyini bildirdi. Onun adını “Selta” ilə çempionat oyununun iştirak ərizəsinə salsalar da, son anda çıxardılar, hətta ehtiyat oyunçular skamyasında da əyləşmədi. Bir müddət əvvəl də az qala Uilyamsın seriyası qırılacaqdı. Ötən ilin sentyabrında sağ diz bağlarını dartan hücumçi bir həftə sonra bərpa olundu. Ondan bir ay sonra isə ardıcıl 246-cı dəfə meydana çıxmaqla müdafiəçi Manfred Bintsin rekordunu təkrarladı. Ardından Uilyams bir neçə dəfə xəstəlik üzündən oyunu buraxmaq təhlükəsi ilə üzləşdi, ancaq hər dəfə də özündə güc tapıb rekordunu yeniləmək yolunda növbəti addımı atdı.

Ardıcıl 251 oyuna çıxmaq La Liqanın rekordudu. İnyaki sonuncu dəfə 2016-cı il aprelin 7-də meydana çıxmamışdı. Onda “Atletik” 2015/16 mövsümünün 33-cü turu çərçivəsində səfərdə “Malaqa” ilə qarşılaşırdı. Həmin vaxtda bəri bir oyun da buraxmamışdı.

• 2015/16 mövsümü – 5 oyun;
• 2016/17 mövsümü – 38 oyun;
• 2017/18 mövsümü – 38 oyun;
• 2018/19 mövsümü – 38 oyun;
• 2019/20 mövsümü – 38 oyun;
• 2020/21 mövsümü – 38 oyun;
• 2021/22 mövsümü – 38 oyun;
• 2022/23 mövsümü – 18 oyun.

La Liqada ardıcıl 202 oyuna çıxan Xuan Antonio Larranyaqenin həmkarının rekorduna münasibəti: “İnyakinin tarixçəsi ilə bağlı ən qeyri-adi məqam onun hücumçu olmasıdı. Belə uzun seriya yaxalamaq baxımından mürəkkəb mövqedi. Forvardlar oyunboyu təzyiqə məruz qalır. Onlar oyunları sıralamaq üçün çox hazırlıqlı olmalıdılar. Mən özüm də hər oyunda əziyyət çəkirdim. Heç də həmişə potensialımı tam göstərə bilmirdim. Dəfələrlə ağrı içində oynamışam. Və nəticəsi bu olub ki, ayaqda baş barmağın travmatik artritini qazanmışam”.

Maraqlıdı ki, İnyaki daim əsas heyətdə oynayıb. Altı tam mövsümün yalnız birində (2020/21 mövsümündə 28 dəfə) start heyətində 30 dəfədən az görünüb. Bu mənada ən yaxşı nəticəsi 2018/19 mövsümünə aiddi – 36 oyunda start heyətinə düşüb. Cari mövsümdə də “Selta” ilə oyuna qədər ilk “11-liy”in vazkeçilməz ismi idi. İnyaki 251 oyunluq seriya müddətində 50 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu müddətdə “Atletik” 5 dəfə baş məşqçini və hətta prezidenti dəyişib. Futbolçunun həyatında da önəmli hadisələr baş verib: Qana vətəndaşlığı alıb, Qətərdə keçirilən dünya çempionatında oynayıb, İnyakinin qardaşı Niko “Atletik”də debüt edib və möhkəmlənib.

Başqa liqalarda vəziyyət necədi?

Bəs başqa aparıcı liqalarda ardıcıl oyun sayı baxımından vəziyyət necədi? Daha böyük rekordlar var, ancaq hər yerdə qapıçılar liderlik edir. A seriyasının rekordçusu 258 oyunla “Roma”nın qabiq qapıçısı Franko Tankredidi. Fransada birincilik bütün karyerasını “Oser”də keçirən qapıçı Fabyen Kula (307) məxsusdu. Premyer-liqanın rekordçusu da qapıçısı – Bred Fridel, 310 oyun. Amma bunların hər biri “Bavariya”nın əfsanəvi qapıçısı Zepp Mayerə böyük fərqlə uduzur – ardıcıl 442 oyun, 13 mövsüm.

Uilyams ötən ilin dekabrında etiraf etmişdi ki, Mayerin rekordu haqda düşünmür, sadəcə, komandasına maksimum fayda vermək istəyir: “Hücumçu qol vurmalıdı. Hər oyundan ləzzət almağa və qapının bir neçə metrliyində sakitliyi qorumağa çalışıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-01-2023, 22:0

Uilyamsın seriyası qırıldı

Dünya futbolu

5-11-2022, 18:0

İnyaki Uilyamsın unikal seriyası davam edir

İdman

22-04-2022, 13:0

İnyaki Uilyamsın qeyri-adi seriyası davam edir

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Bu gün, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Bu gün, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Bu gün, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Bu gün, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Bu gün, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Bu gün, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Bu gün, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Bu gün, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
Daha çox
Oxunub: 325
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 258
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 245
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 231
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 171
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə