• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” yarımcan “Qarabağ”ı məğlub edə bilmədi - REPORTAJ

Premyer-liqa / Manşet

28-02-2023, 19:0

Dumanı da nəzərə alsaq, İngiltərə premyer-liqasının hansısa oyununu izlədiyimizi söyləyə bilərdik.

Həm hava şəraiti, həm də oyunun sürəti bu fikri səsləndirməyə əsas verir. “Qarabağ”ın meydana, demək olar ki, ikinci heyətlə çıxması “Neftçi”nin qələbə qazanacağını düşünməyə imkan verirdi. Oyuna da flaqman istəkli başladı. Düzdü, ağdamlıların hücum xəttində yer alan futbolçular tez-tez “Neftçi”nin müdafiə xəttini narahat edirdi. Lakin flaqmanın üzvlərinin anlaşması “Qarabağ”la müqayisədə daha yaxşı idi. Bakılıların qol axtarışı 33-cü dəqiqədə nəticə verdi. Caberin açar ötürməsindən sonra Lebon bir qədər irəliləyərək topu qapının küncünə göndərdi. Qoldan sonra da “Neftçi” üstün oyun sərgilədi. Lakin hücum xəttində yer alan futbolçuların qeyri-dəqiqliyi fərqin artmasına imkan vermədi.

Fasilədən sonra isə “Qarabağ”ın ağır artilleriyası oyuna qoşuldu. Qurban Qurbanov Almeyda, Zubir və Veşoviçi meydana buraxmaqla oyunda dönüş yaratdı. Bakılılar artıq ilk hissədəki kimi kəsərli hücumlar qura bilmirdi. Ramillə Julio meydana çıxandan sonra isə ağdamlılar “Neftçi”nin cərimə meydanına axın etməyə başladı. Bu da özünü 83-cü dəqiqədə göstərdi. Veşoviçin cərimə meydanına ötürməsindən sonra Höccətə dəyən top tora daxil oldu.

Bundan sonra meydanda qalmaqal yaşansa da, Rəşad Əhmədov hadisələrin böyüməsinə imkan vermədi. Ümumiyyətlə, oyunun maraqlı keçməsinin səbəbkarlarından biri də referi idi. O, görüşü ideala yaxın idarə etdi. Matç 1:1 hesabı ilə bitdi, Regekampfın ideal formada olan komandası yarımcan “Qarabağ”ı məğlub edə bilmədi.

Gözdən qaçmadı:
* “İmarət”in üzvləri görüş başlamamış qara, göy, ağ rəngli bayraqlar açmışdılar.
* “Neftçi” hesabı açarkən Qurban Qurbanov 4-cü hakim Rəvan Həmzəzadəyə ofsayd olduğunu söylədi. Lakin hakim epizodun VAR tərəfindən incələndiyini bildirdi.
* İlk hissənin sonlarında, demək olar ki, sıx duman üzündən oyunu izləmək mümkün deyildi. Hətta “CBC Sport”un şərhçisi Elnur Məmmədli oyun zamanı “top hardadı bilinmir”, “kimsə yıxıldı”, - deyə fikirlər səsləndirirdi.
* Ataa Caber zədələnərkən Emin Mahmudov onun ayağının qırıldığını dərhal anladı. Kapitan tez qışqıraraq həkimlərin meydana girməsini istədi. Həmin an “Neftçi”nin vingeri Lebon hadisədən şoka düşmüş adam təsiri bağışlayırdı.
* Bərabərlik qolundan sonra Brkiçlə “Qarabağ” futbolçuları arasında problem yaşandı. Rəşad Əhmədovun müdaxiləsindən sonra oyunçular arasında gərginlik sakitləşdi.
* “Qarabağ” qol vurandan sonra “Neftçi” azarkeşləri partlayıcı maddələri meydana atdılar. Quqeşaşvili isə petardı götürüb “Neftçi” azarkeşləri tərəfindən asılmış bayrağa doğru tulladı. Bu zaman flaqman fanatları tribunadan aşağı enməyə çalışsalar da, polis onlara mane oldu.
* Qurban Qurbanov oyun bərpa olunan kimi Lukanın üstənə çığırdı. O, əli ilə “başın xarabdı?” işarəsini göstərərək qolkiperə əsəbləşdi.
* Oyun bitən kimi Regekampf Azər Salahlının saxlayıb tənbəh etdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

28-02-2023, 16:0

“Qarabağ"a rahat oynamağa imkan vermədilər” - AÇIQLAMA

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

“Kəpəz” – “Qarabağ” matçında nələr yaşandı? – REPORTAJ

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 100
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə