Lebon qol vurdu, “Neftçi” nə itirdi?

28.02.2023 14:23 376
Aktual / Premyer-liqa
Misli premyer-liqasının 24-cü turunun son matçında “Qarabağ” “Neftçi” ilə heç-heçə etdi.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın yeganə qolunun müəllifi Kilan Lebon fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavabladı:

- Düşünürəm ki, yaxşı oynadıq. Qələbə qazanmağa layiq idik. Rəqib sonra bərabərlik qolunu vurdu. Buna baxmayaraq, 1 xal qazandıq. Yaxşı nəticədi. Ümid edirəm ki, mövsümün sonuna kimi bu cür davam edəcəyik.

- Ataa Caberin zədələnərək meydanı tərk etməsi oyununuza təsir etdi?
- Bəli, təsir etdiyini düşünürəm. Çünkü hamı o zədəni gördü. Bizə psixoloji cəhətdən pis təsir etdi.


- "Qarabağ"la səfərdə heç-heçə etdiz. 1 xal qazandız, yoxsa ikisini itirdiz?
- Deyərdim ki, 2 xal itirdik.


- Abdulla Zubirlə yaxından tanışlığınız var?
- Bəli.


- Oyununuzda oxşarlıq görürsən?
- Bir az var. Amma biz fərqli oyunçularıq.


- Matçdan öncə qələbə üçün mükafat vəd edilmişdi?
- Xeyr. Bu barədə danışığımız olmayıb. Məqsədimiz qələbə qazanmaq idi.