• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ümummilli lider Heydər Əliyevin xatirəsi Şahdağda ehtiramla yad edildi - LAYİHƏ

İdman / Layihə / Manşet

26-02-2023, 23:0

Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr, 2022-ci ildə imzaladığı Sərəncamla bu il ölkəmizdə ümummilli lider Heydər Əliyevin yubileyi qeyd olunur.

Sözsüz ki, idman cameəsi də bu münasibətlə müxtəlif idman yarışları, tədbirlər və konfranslar düzənləyir, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına öz töhfəsini verir.

Ümummilli lider Heydər Əliyevin xatirəsi Şahdağda ehtiramla yad edildi


Belə yarışlardan biri də ötən həftəsonu Qusardakı “Şahdağ” Turizm Mərkəzində təşkil olunub. Fevralın 18-i və 19-da Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib. İdman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır. İki gün davam edən yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb. Yarışın ilk günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar.

Həmin gün nəticələr aşağıdakı kimi olub.

Veteran kişilər arasında:
1. Daniel Makkenel (BƏƏ)
2. Artur Sionek (Polşa)
3. Pavel Kerzanovski (Polşa)
Gənclər arasında:
1. Viktor Sionek (Polşa)
2. Elbrus Əzizov
3. Ramin Beybutov
Veteran qadınlar arasında:
1. Tatyana Yeqanova (Rusiya)
2. Anna Vəliyeva
3. Daria Bivol
Kişilər arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:
1. Nəsir Fərhadov
2. Ramiz Ağayev
3. Murad Aydınov
Qadınlar arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:
1. Nəzrin Qəribova
2. Şəbnəm Hümbətova



Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. İdman tədbiri çərçivəsində, həmçinin fləşmob da keçirilib. Fləşmobda 160 turizm könüllüsü tərəfindən pankartlarla Ümummilli lider Heydər Əliyevin şəkli əks olunan görüntü və “Heydər Əliyev 100 il” yazısı nümayiş olunub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Olimpiya Komitəsinin nümayəndələri və bir sıra tanınmış idmançılar qonaq qismində iştirak edib.

Növbəti gün keçirilən yarışın nəticələri aşağıdakı kimi olub:
- Qızlar arasında 3-6 yaş kateqoriyası üzrə:
Arina Nağayeva (Azərbaycan)
Lea Makkenal (Böyük Britaniya)
Aleksandra Kuskiana (Rusiya Federasiyası)
- Oğlanlar arasında 3-6 yaş kateqoriyası üzrə:
Mixayıl Filipov (Rusiya Federasiyası)
Kiril Kostin (Rusiya Federasiyası)
Matvey Bivol (Rusiya Federasiyası)
- Qızlar arasında 9-12 yaş kateqoriyası üzrə:
Darya Darodnaya (Rusiya Federasiyası)
Milana Baqdanova (Rusiya Federasiyası)
Nurel Hacıbəyli (Azərbaycan)
- Oğlanlar arasında 9-12 yaş kateqoriyası üzrə:
Amin Şixov (Azərbaycan)
Kaan Mədetoğlu (Türkiyə)
Artem Sleptsov (Ukrayna)
- Qızlar arasında 13-17 yaş kateqoriyası üzrə:
Məryəm Sofiyeva (Azərbaycan)
Valeriya Dudçenka (Rusiya Federasiyası)
Mədinə Abdullayeva (Azərbaycan)
- Oğlanlar arasında 13-17 yaş kateqoriyası üzrə:
Kayl Makkey (Böyük Britaniya)
Karl-Leo Panke (Almaniya
İsmayıl Tağızadə (Azərbaycan)

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarışla bağlı daha ətraflı məlumat almaq üçün “Şahdağ” Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlovla söhbətləşdik.

- Orxan bəy, belə bir yarışın keçirilməsi ideyası necə yarandı?
- Bildiyiniz kimi, bu il Azərbaycanda “Heydər Əliyev İli” kimi qeyd olunur. Bununla bağlı müxtəlif təşkilatlar tərəfindən tədbirlərə start verilib. Bu münasibətlə də “Şahdağ” Turizm Mərkəzi də ilk dəfə olaraq dağ xizəyi üzrə həvəskarlar arasında yarış keçirilməsi ilə bağlı ideya irəli sürdü. Sevindirici haldı ki, bu ideyamız da müsbət qarşılandı. “Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının təşkilatçılığı, eyni zamanda Gənclər və İdman nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Dövlət Turizm Agentliyinin dəstəyi ilə bu yarışı 18-19 fevral tarixlərində keçirməyi qərara aldıq. Fevralın 4-dən etibarən “Şahdağ” Turizm Mərkəzi tərəfindən sosial şəbəkələr vasitəsiylə yarışın keçiriləcəyi ilə bağlı elanlar dərc olundu. Qeydiyyat prosesi sürət götürdü və qeyd edim ki, bu proses açıq şəkildə keçirilirdi.



- İştirakçıların sayı, kütləvilik yetərincə oldumu? Təşkilatçılar qarşılarına qoyduqları məqsədlərə çatdılarmı?
- Milliyyətindən, vətəndaşlığından, yaşından asılı olmayaraq, hər kəs qeydiyyatdan keçə bilirdi. Yeganə şərt ondan ibarət idi ki, iştirakçının xizək sürmə ilə bağlı vərdiyişi, müəyyən bacarığı olsun. Qeydiyyat prosesinə fevralın 17-də son qoyuldu. Bundan sonra müxtəlif yaş qruplarından olan müraciətlər ərasında bölgü aparıldı, qruplar formalaşdırıldı. Aparılan bölgüdən sonra 12 kateqoriya üzrə 100-dən artıq iştirakçının qeydiyyatdan keçdiyi məlum oldu. Üç yaş kateqoriyası üzrə qadınlar, eyni sayda da kişilərin qrupu formalaşdırıldı. Onların yarışın ilk günündə yarışdılar. Növbəti gün, yəni fevralın 19-da isə yenə də eyni yaş kateqoriyaları üzrə qızlar və oğlanlar qüvvələrini sınadılar. Sözsüz ki, yarışa qatılanların hamısı yaxşı mübarizə apardılar, birinci olmaq üçün yarışdılar. Qaliblərə medal və kuboklar, müxtəlif xatirə hədiyyələri verildi. Eyni zamanda qaliblər üçün diplomlar və təşəkkürnamələr hazırlanmışdı.

- Gələcəkdə də bu tip yarışları davamlı olaraq keçirməyi nəzərdə tutursuzmu?
- Qeyd etmək istəyirəm ki, bu yarış “Şahdağ” Turizm Mərkəzinin keçirdiyi ilk idman yarışı idi. Bizim üçün də yeni və xoş bir təcrübə oldu. Sevindirici haldı ki, bu yarışımız xüsusi bir ilə, ümummilli liderimizin Heydər Əliyevin 100 iliyi şərəfinə keçirildi. Bizim üçün ilk və xeyli xoş təcrübə oldu. Düşünürəm ki, qarşımıza qoyduğumuz məqsədə çatdıq, sınaqdan uğurla çıxdıq. Elə həmin xoş təcrübəyə əsasən gələcəkdə yeni layihələri, yeni təklifləri həyata keçirmək mümkündü. Onu da bildirim ki, həmin gün yarışla paralel ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob da keçirildi. Açdığımız pankartlarda Heydər Əliyevin şəkli və “Heydər Əliyev 100” yazısı əks olundu. Ümumilikdə yarışa marağın yüksək olduğunu deməliyəm. Bunu müraciət edənlərin sayına və coğrafiyasına əsasən demək olar. Tək azərbaycanlılar deyil, Rusiyadan, Polşadan, Almaniyadan, Böyük Britaniyadan, Türkiyədən və ərəb ölkələrindən iştirakçılar vardı. Təşkilatçılıq baxımından qarşıya qoyduğumuz məqsədə çatmışıq. Tədbirin həftə sonuna salınmasının xeyri o oldu ki, “Şahdağ” Turizm Mərkəzinin qonaqları üçün də xoş təəssürat yarandı, qonaqlarımız yarışlara tamaşaçı qismində qatıldılar.

İLKİN SULTANLI




Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Azərbaycançılıq ideyasının təbliği – Heydər Əliyev ili” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

18-02-2023, 15:0

Ümummilli liderin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib

İdman

9-05-2022, 16:0

Həndbol üzrə rayon turnirinə start verildi

İdman

4-05-2022, 13:0

Türkiyə millisi Azərbaycanda

İdman

4-05-2022, 22:0

Moldova yığması Azəbaycana gəldi

İdman / Manşet

5-05-2022, 13:0

İlk beynəlxalq turnir ərəfəsində parad keçirilib

İdman

25-06-2022, 14:0

Nazir Gədəbəy və Şəmkir rayonunda oldu

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Bu gün, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Bu gün, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Bu gün, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Bu gün, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Bu gün, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
Daha çox
Oxunub: 581
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 193
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə