Bukmeker kontorunun 200 min dollarından imtina edib

25.02.2023 23:22 275
İdman
Dağıstan əsilli britaniyalı döyüşçü Məhəmməd Mokayev ona bukmeker kontorunun reklamına görə 200 min dollar təklif edildiyini bildirib.

O, “tvitter” hesabında belə yazıb:

“Bukmeker kontorunun sponsorluğuna görə mənə 200 min dollar təklif etdilər. Bir dəfə demişəm, indi yenidən təkrarlayıram: ehtiraslı oyunları, spirtli içkiləri və ya narkotikləri heç vaxt reklam etməyəcəm. Allah mənə istədiyimdən artığını verib. Əlhəmdülillah, 10 il əvvəl Allahdan istədiyimdən daha artığına nail olmuşam”.

Mokayevin peşəkar rinqdə növbəti döyüşünü martın 18-də Londonda keçiriləcək UFC 286 turniri çərçivəsində Jafel Kavalkante Filyoya qarşı olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul