Football-plus.az xəbər verir ki, Romelu Lukakunun 86-cı dəqiqədə vurduğu qolla qalib gələn milanlıların heyətində 90 dəqiqə ərzində Hakan Çalhanoğlu öz oyunu və mübarizə əzmi ilə böyük alqış qazandı.
Təsadüfi deyil ki, təcrübəli türkiyəli yarımmüdafiəçi UEFA tərəfindən oyunun ən yaxşısı seçildi. Matçın ardından mükafatı qəbul edən Hakanın onu vətənində zəlzələdən zərər görənlərə həsr etməsi diqqət çəkdi. Mükafatla olan şəklini ''instaqram'' hesabından paylaşan Hakan həm türk, həm ingilis, həm də italyan dillərində bunu yazdı:
''Mükafatı ölkəmdə zəlzələdən zərər görən bütün insanlara həsr edirəm. Fikrim və qəlbim daim sizin yanınızdadı''.
İtaliya mətbuatı isə 30 yaşlı oyunçuya təriflər yağdırmaqda davam edir. ''Corriere dello Sport'' nəşri bu cür performansdan sonra Hakanın həm meydanda, həm də ondan kənarda ''İnter''in lideri olmaqda davam etdiyini yazıb.


