Azərbaycan karateçilərindən iki gümüş medal

2.05.2022 10:35 327
İdman
Cənubi Kiprin Limassol şəhərində Karate1 Gənclər liqasında iştirak edən karateçilərimiz ilk medallarını qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən "Football-plus.az"a verilən məlumata görə, 14-15 yaşlı yeniyetmələr arasında Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (70+ kq) gümüş mükafata sahib olublar.

Gənclər liqasına 51 ölkədən 1612 karateçi qatılıb.