"Qarabağ"da ciddi itki

20.02.2023 18:21 264
Konfrans Liqası
"Qarabağ"da ciddi itki baş verib.

Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə oyununda zədələnən Marko Yankoviç həkim müayinəsindən keçib. Müayinənin nəticəsinə görə, onun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.