“Alfa Tauri” Qasli ilə anlaşdı

25.06.2022 16:05 389
İdman
“Formula-1” üzrə dünya çempionatında çıxış edən komandalardan “Alfa Tauri” Pyer Qasli ilə müqavilə müddətinin uzadıldığını rəsmi şəkildə elan edib.

Yeni müqavilə 2023-cü ilin sonuna qədər nəzərdə tutulub. Komandanın bossu Frants Tost bir müddət əvvəl Qaslinin ən azı bir il “Alfa Tauri”də qalacağını təsdiqləmişdi.

Qasli cari mövsümdə üç dəfə “top-10”a düşməklə xal qazanıb. Şəxsi hesabda 11-ci yeri tutur.