Baş məşqçi Vadim İvanov "Match TV"yə açıqlamasında Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdəki çıxışına qoyulan qadağanın apreldə aradan qaldırılmasının nəzərdə tutulduğunu deyib:
"Hazırlıq planımızı beynəlxalq təqvimə əsasən qurmuşuq. Bu ilin ilk əsas yarışı mayın 29-da Bakıda başlayacaq dünya çempionatıdı. Biz də buna hazırlaşırıq. Amma təəssüf ki, sınaq yarışları keçirməyə vaxtımız olmayacaq".



