36 nəfərdən beşi imtahandan “kəsildi”

15.02.2023 19:30 242
İdman
Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının ilk hissəsi yekunlaşıb.

Təlimin birinci hissəsində iştirak edən 36 məşqçidən 31-i imtahandan uğurla keçib. Dünən isə proqramın ikinci hissəsi başlayıb. Növbəti imtahan fevralın 17-18-də baş tutacaq. İJF akademiyasının proqramına qatılan hər bir məşqçiyə BOK-un iştirakçı sertifikatı təqdim olunub. Azərbaycan Cüdo Federasiyasının İJF akademiyası ilə 2022-ci ilin martında başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı məşqçisi cəlb olunub. Nəzəri imtahanları uğurla başa vuranlar əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıb.