Azərbaycanın cüdo məşqçiləri beynəlxalq təlimə qatılıblar

7.02.2023 10:00 326
İdman
Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkil etdiyi beynəlxalq təlim start götürüb.

Football-plus.az xəbər verir ki, bu barədə ACF məlumat yayıb.

Məlumata görə, 79 cüdo məşqçisi Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramının praktik hissəsinə başlayıb.

Proqramın sonunda məşqçilər IJF Akademiyasının ekspertlərinin nəzarəti altında praktiki imtahan verəcəklər.