Sebalyos: lap az qaldı

12.02.2023 22:51 209
Dünya futbolu
Dani Sebalyosun məsələsi praktiki olaraq həll edilib.

O, “Real” rəhbərliyi ilə yeni müqavilə mövzusunda razılığa gəlib. İspaniyalı yarımmüdafiəçinin gələn həftə yeni anlaşmaya qol çəkəcəyi gözlənilir. Klub Sebalyosla daha yaxşı maliyyə şərtlərinin nəzərdə tutulduğu 4 illik müddətə anlaşıb.

Yeri gəlmişkən, Dani bu mövsüm İspaniya çempionatında 13 oyun keçirib.