PSJ ardıcıl 2-ci dəfə

12.02.2023 13:30 241
Dünya futbolu
PSJ ardıcıl ikinci il ölkə kubokunda mübarizəni 1/8 finalda dayandırdı.

Football-plus.az xəbər verir ki, parislilər ötən il əsas və əlavə vaxtı qolsuz bitən oyunun ardından penalti seriyasında “Nitsa”ya uduzmuşdu. Ona qədər isə komanda ardıcıl 7 dəfə - 2015-21-ci illər aralığında – finala çıxmışdı. Parislilər həmin 7 finalın yalnız birində uduzmuşdular.

Qeyd edək ki, 1/8 finalda "Marsel" PSJ-ni 2:1 hesabı ilə məğlub edib.