Fleri 4-cü yerə yüksəldi

11.02.2023 15:06 257
İdman
“Minnesota”nın qapıçısı Mark-Andre Fleri MHL-də oyun sayına görə 4-cü yerə yüksəlib.

Football-plus.az xəbər verir ki, “Arizona” ilə srağagünkü oyun 38 yaşlı kanadalı üçün 971-ci qarşılaşma olub, o, bu göstəricidə Terri Sevçuka çatıb.

MHL-də qapıçılar arasında oyun sayına görə rekordçu Martin Broderdi (1266). Roberto Luonqo (1044) 2-ci, Patrik Rua (1029) 3-cü pillədə qərarlaşıb.