“Minnesota” – “Edmonton” oyunu ilə bağlı da maraqlı statistik məqam var.
Football-plus.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Mark-Andre Fleri bu ampluanın daşıyıcıları arasında oyun sayına görə MHL tarixində 3-cü yerə çıxdı.
Srağagün MHL-də oyun sayını 1125-ə çatdıran (həm müntəzəm çempionat, həm də pley-off nəzərə alınmaqla) 38 yaşlı kanadalı bu göstəricidə Ed Belfuru (1124) arxada qoydu.
MHL-də oyun sayına görə qapıçılar arasında rekord Martin Broderə məxsusdu (1471). 2-ci yerdə gedən Patrik Ruanın (1276) hesabında 1276 oyun var.