Rauf Məmmədov "Airthings Masters"in I divizionunda mübarizəyə başlayır

6.02.2023 10:54 258
İdman
Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsinin I divizionunda mübarizəyə başlayacaq.

Football-plus.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 1/4 finalda ABŞ təmsilçisi Uelsli So ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Qalib növbəti raundda Qukeş Dommaraku (Hindistan) - Hikaru Nakamura (ABŞ) duelinin güclüsü ilə qarşılaşacaq.

1/4 finalda həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana ilə, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.

Qeyd edək ki, "Airthings Masters" fevralın 10-da başa çatacaq.