Təmkin Xəlilzadə futbolu futzala dəyişdi - AÇIQLAMA

2.02.2023 23:50 509
Premyer-liqa / Manşet
Təmkin Xəlilzadə "Zirə"dən ayrıldıqdan sonra klubsuz qalıb.

Yığmanın üzvü yeni komanda tapa ibilmədiyindən futzal üzrə 2-ci divizion klubu "Rəvan"a keçib. Futbolçunun sözlərinə görə, formada qalmaq üçün "Rəvan" hələ ki yeganə əlverişli variantdı.

"Football-plus.az" saytı olar daha detallı bilgi olmaq üçün adı çəkilən komandanın baş məşqçisi Vüqar Həsənovla əlaqə saxladıq:

"Təmkinlə dost-qardaş kimiyik. "Zirə"dən ayrıldıqdan sonra bizdə oynamağı təklif etdik. Onun xidmətində elita və 1-ci divizion klubları da maraqlı idi. Amma qardaşlıq, dostluq səbəbindən bizi seçdi. 2-ci dövrəni və kubok oyunlarını bizimlə keçirəcək".

ABDULLA İSMAYILOĞLU