Premyer-liqanın 20-ci turu çərçivəsində baş tutan "Səbail" - "Kəpəz" oyunundan sonra bıçaqlanma hadisəsi törətmiş gənc tutulub. “Football-plus.az” xəbər verir ki, Səbail RPİ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri ilə 1997-ci il təvəllüdlü şəxsə ayaq nahiyəsindən xəsarət yetirən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Ömər Musayev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.