Demar Derozan 1000-ə çatdı

26.01.2023 18:15 212
İdman
MBA-da son iki gündə keçirilən oyunlarla bağlı maraqlı məqamlar çoxdu.

Srağagün “Çikaqo”nun “Atlanta”nı məğlub etdiyi oyunda meydan sahiblərinin müdafiəçisi Demar Derozan 26 xal toplamaqla hamıdan yüksək məhsuldarlıq göstərdi. Bu, onun liqada keçirdiyi 1000-ci oyun idi. Elə həmin gün keçirilən digər oyunda “Minnesota”ya qalib gələn “Hyuston” 13 oyunluq məğlubiyyət seriyasını – ötən il dekabrın 28-dən bəri davam edirdi – dayandırdı.