"Roma"nın müdafiəçisi Rik Karsdorp komandadan ayrıla bilər.
Football-plus.az xəbər verir ki, o, "Feyenoord"un maraq dairəsindədi. Niderland klubu 27 yaşlı futbolçunu icarəyə götürməyə hazırdı. Lakin "Feyenoord" Romada 2 milyon avro maaş alan müdafiəçinin bütün məvacibini üzərinə götürmək istəmir.