Rusiya Tennis Federasiyasının prezidentindən ləyaqətsiz açıqlama “Bütün bunlar boş şeydi, fikir verməyin”

24.01.2023 17:39 235
İdman / Manşet
Erməni əsilli rusiyalı tennisçi Karen Xaçanovun hazırda davam edən “Australian Open”də törətdiyi hoqqalardan xəbərdarsız.

Football-plus.az xəbər verir ki, o, qalib gəldiyi iki oyundan sonra kameraya qondarma “Dağlıq Qarabağ Respublikası”na dəstək xarakterli ifadələr yazıb. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn belə ifadələr ölkəmizdə haqlı etiraz doğurub, Azərbaycan Tennis Federasiyası (ATF) isə Beynəlxalq Tennis Federasiyasına (ITF) müraciət edərək, tennisçinin cəzalandırılmasını istəyib.

ATF-nin prezidenti Oqtay Əsədov da Rusiyadan olan həmkarı Şamil Tarpişevlə danışıb. İndi də Rusiya Tennis Federasiyasının prezidentinin ləyaqətsiz açıqlamasına baxaq. O, bu açıqlamanı “Komsomolskaya Pravda”ya verib:

“Bəli, bütün bunlar cəfəngiyyatdı, fikir verməyin. Onun açıqlamaları... İndi hər an bizə ilişirlər. Sadəcə, əsas vermək lazım deyil, vəssalam”.


Tarpişevin 11 aydı Ukraynanı işğal etməyə çalışan bir dövlətdə federasiya rəhbəri postunu tutduğunu nəzərə alsaq, əslində belə açıqlama gözlənilməz deyil. Şamil Ənvəroviç, darıxmayın, imperiyanızın sonuna az qalıb.

Əslində tatar kəndində doğulduğunuzu nəzərə alıb, sizə ad və ata adı ilə yox, gərək “yoldaş manqurt” deyəydim!

ORXAN