• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xaçanova hərəkətlərinə görə hələ də bir söz deyən olmayıb…

İdman / Manşet

24-01-2023, 15:0

Tennisdə ilin ilk ''böyük dəbilqə'' seriyalı turniri olan ''Australian Open'' davam edir.

Football-plus.az xəbər verir ki, bu gün kişilərin mübarizəsində ilk yarımfinalçılar məlum oldu. Yarımfinala yüksələnlərdən biri Karen Xaçanovdu.

Erməniəsilli 26 yaşlı rusiyalı tennisçi bu turnirdə tək öz oyunu ilə yox, siyasətə yersiz şəkildə burun soxması ilə diqqət çəkir.

Bilindiyi kimi yanvarın 20-də 1/16 finalda amerikalı Frensis Tiafonu 3:1 hesabı ilə məğlub etdikdən sonra Xaçanov kameranın üzərində ''Artsax stay strong'' (Artsax möhkəm ol) ifadəsini yazmışdı. Yəni o, tennisçilərin qələbəni qeyd etmə şəklindən bir növ siyasi platforma kimi istifadə etmişdi.

Azərbaycan Tennis Federasiyasının (ATF) buna reaksiyası gecikmədi. Növbəti gün qurum bəyanat yayaraq bu təxribatın yolverilməz olduğunu və məsələ ilə bağlı Beynəlxalq Tennis Federasiyasına (İTF) etiraz məktubu göndərildiyini açıqladı. İlk hərəkətindən sonra ermənilərin (və aparıcı Nobel Arustamyanın) gözündə ucaldığını görən Xaçanov 1/4 finalda bir qədər də ''irəli getdi''.

O, yaponiyalı Yoşihito Nişiokanı 3 setdə yendikdən sonra bu dəfə kameranın üzərində ''sona qədər inanmaqda davam et, Artsax möhkəm ol'' yazdı. Bu dəfə lap ağını çıxartdığına görə məsələyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi də qarışdı. Nazirlik də ATF ilə əl-ələ verərək həm Rusiya Tennis Federasiyasına, həm Beynəlxalq Tennis Federasiyasına, həm də sözügedən turnirin təşkilatçılarına müraciət ünvanladı.

Xaçanovun cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb olundu. Bu gün Xaçanov növbəti oyununa çıxdı. Daha öncə 1/16 finalda digər rusiyalı tennisçi Daniil Medvedevi mübarizədən kənarlaşdıran Sebastyan Korda bu dəfə biləyindəki zədə üzündən eyni uğuru təkrarlaya bilmədi. İlk 2 setdə 6:7, 3:6 hesabları ilə uduzan Korda 3-cü setdə hesab 0:3 olarkən oyundan çəkildi. Bununla da Xaçanov karyerasında 2-ci dəfə ''böyük dəbilqə'' seriyalı turnirdə yarımfinala yüksəldi. O, bunu ötən il ''US Open''də də bacarmış və yarımfinalda turnirin gələcək qalibi ispaniyalı Karlos Alkarasa uduzmuşdu. Bu dəfəki qələbədən sonra Xaçanov vərdişindən əl çəkərək təxribata əl atmadı.

Oyundan sonra ''miks zona''da isə ona maraqlı suallar verildi. ATF-in onun cəzalandırılmasını tələb etməsi məsələsi barədə ''bu haqda heç nə eşitməmişəm'' deyən tennisçi ''sizə kamerada artıq belə şeylər yazmamaq barədə xəbərdarlıq edilibmi'' sualına isə ''hələ ki yox'' cavabını verdi. Elə həmin müsahibəsində Xaçanov bəh-bəhlə 2021-də ailəsi ilə birlikdə 10 günlük Ermənistanı ziyarət etməsindən danışdı və ölkənin gəzməli yerlərində gəzdiyini, uşaqlar üçün master-klass keçdiyini dedi. Yəni göründüyü kimi ona hələ ki, güldən artıq söz deyilməyib.

Qeyd edək ki, Rusiya və Belaruslu tennisçilər ''Australian Open''də neytral bayraq altında çıxış edirlər. Xaçanovun oyunları zamanı tribunada Qondarma Dağlıq Qarabağ Respublikasının bayraqlarına da rast gəlmək mümkündü!

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

20-01-2023, 21:0

Mxitaryandan sonra indi də Xaçanov sərsəmlədi

İdman

21-01-2023, 11:0

Federasiyadan Xaçanovun hərəkətinə REAKSİYA

İdman / Manşet

23-01-2023, 22:0

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təxribatla bağlı bəyanat yayıb.

İdman

10-01-2023, 17:0

“Australian Open”in təşkilatçıları ruslara ümid verdi...

İdman

26-08-2022, 19:0

Quaffun arzusu

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
Daha çox
Oxunub: 698
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə