• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rafaellə Səlahətə görə “Qəbələ”yə müraciət edən olmayıb

Premyer-liqa / Manşet

20-01-2023, 18:0

Premyer-liqa komandaları qış tətilində mövsümlərarası fasilədədə olduğu qədər çox transfer etməsə də, ən azı heyəti gücləndirmək üçün fürsətdən maksimim yararlanırlar.

Transfer xəbərləri son günlərin ən aktual mövzusudu. Hər gün hansısa klubumuzun heyətinə yeni futbolçu qatmasıyla bağlı məlumat alırıq. Ancaq elitanın bir təmsilçisi var ki, fasilə dönəmində heyətinə əl gəzdirməyib. Nə düşərgəni tərk edən, nə də yeni gələn var...
Söhbət “Qəbələ”dən gedir. Yanvarın əvvəlində digər klublarımız kimi Antalyaya üz tutan “qırmızı-qaralar” artıq vətənə dönüb. Toplanış dönəmində komandanın baş məşqçisi Elmar Baxşıyevin fikirlərini öyəndiyimizdən bu dəfə klubun baş meneceri Nail Kərimovla danışmağı lazım bildik. Onunla söhbətdə bizi maraqlandıran bəzi sullara cavab tapmağa çalışdıq.

- Öncə təlim-məşq toplanışı dəyərləndirməyinizi istərdik.
- Toplanış qaydasında gedi. Heç bir çatışmazlıq olmadı. Məşqlərimiz və oyunlarımız istədiyimiz kimi keçdi. Yalnız bir gün güclü yağış yağdığına görə məşq meydandan kənarda baş tutdu. Bu da ciddi itki, planın pozulması sayıla bilməz. İkihəhtəlik toplanışı zədəsiz başa vurmağımız bizi sevindirdi. Hazırlığın sonunda baş məşqçi ilə bir daha söhbət etdim. Mənə komandadan istədiyini ala bildiyni söylədi. Təcrübə qazanmaq, komandaya uyğunlaşmaq üçün kollektivə qoşulan gənclər də özlərini yaxşı tərəfdən göstərə bildilər. İlyarımlıq fasilədən sonra Yaovi Akakponun meydana dönməsini, yoxlama görüşlərində oynamasını da müsbət məqam kimi qeyd edərdim.

- Qış fasiləsində premyer-liqa təmsilçiləri arasında “Qəbələ” yeganə klubdu ki, heyətinə yeni oyunçu qatmayıb. Bu səssizlik, hərəkətsizlik nə ilə bağlıdı?
- Heyəti gücləndirməməyimizin əsas səbəbi maliyyə ilə bağlıdı. Təbii ki, büdcəmizə uyğun hərəkət etməliyik. Büdcədə yetərincə vəsait olmadığından yeni transfer gerçəkləşdirmədik. Əslində mövsümün əvvəlində bilirdik ki, qış fasiləsində heyətə yeni oyunçu cəlb etməyimiz real görünmür. Əvvəlki açıqlamalarımızda da bildirmişdik ki, əlavə vəsait olacağı təqdirdə transfer edə bilərik.

- Son günlər Rafael Utziq barədə xoşagəlməz söhbələr dolaşır. Söylənilənlərə inansaq, braziliyalı forvard yalandan özünü xəstəliyə vurub ki, komandanın toplanışında iştirak etməsin. Onun “Qəbələ”dən getmək istədiyi deyilir.
- Braziliyalı hücumçunun başqa kluba keçmək istəyindən söhbət gedirsə, ümumiyyətlə, bu barədə heç bir danışıq olmayıb. Nə futbolçu özü, nə də agenti bununla bağlı bizə müraciət edib. Toplanışda iştirak etməməsinin səbəbi həqiqətən xəstə olmasından irəli gəlir. Özünü narahat hiss edirdi. Testdən sonra məlum oldu ki, koronavirusa yoluxub. Komandaya yanvarın 13-də qoşula bilərdi. Onda da komanda artıq yoxlama görüşləri keçirirdi. Belə olan halda Rafanın Antalyaya gəlməsinə ehtiyac duyulmadı. Onsuz da meydana çıxmaq şansı yox idi. Onun 3 günlük Türkiyəyə gəlməsi heç nəyi dəyişməyəcəkdi. Qərara alındı ki, Brazliyadan birbaşa Bakıya gəlsin və komandanın burdakı məşqlərinə qoşulsun.

- Baş məşqçiniz Elmar Baxşıyev son açıqlamasında Bakıya döndükdən sonra rəhbərliklə görüşəcəyini, heç olmasa, bir transfer reallaşdırmağı istəyəciyini söyləyib. Onu da bildirib ki, maraq dairənizdə olan futbolçu var. Sirr deyilsə, həmin oyunçunun kim olduğunu, hansı mövqedə çıxış etdiyini deyərdiz.
- Baş məşqçi ilə rəhbərlik arasında mütəmadi görüşlər olur. Tez-tez danışır və görüşürük. Baş məşqçi də vəziyyətən xəbərdardı. Təbii, o istəyir ki, heyətə ən azı bir yeni oyunçu cəlb olunsun. Yeni futbolçu yeni nəfəs deməkdi. Bir qədər əvvəl söylədiyim kimi, hazırda yeni oyunçu dəvət etməyimiz real deyil. Bu ancaq bir halda ola bilər ki, kənardan əlavə dəstək olsun. Biz də bu ehtimalı nəzərə alıb bir neçə futbolçu ilə maraqlanmışıq. Onların oyunlarını izləmişik. Əlavə dəstək olacağı halda “rənglərimizə bağlaya” biləcəyimiz oyunçular var.

- Avrokuboklara vəsiqə qazanmaq şansı olan komanda heyəti gücləndirmirsə, mövsümün sonunda qitəmiqyaslı turnirlərdən kənarda qalacağınız halda məsuliyyət kimin boynunda qalacaq? Rəhbərliyin, yoxsa baş məşqçinin?
- O hələ dəqiq deyil ki, bu aralıqda heyətə yeni oyunçu cəlb edəcəyimiz halda avrokuboka vəsiqə qazana biləcəyik. Və ya əksinə... Sualın əsas vurğusuna gəlincə, yəni məsuliyyət kimin üzərində qalacaq? Bizdə elə yanaşma yoxdu ki, uğur və ya uğursuzluq olanda tək kiminsə adına yazılsın. Klub və komanda olaraq bizdə həmişə belə olub və bundan sonra da belə olacaq. Nəticə varsa, hamımızın uğurudu, yoxdusa, bütün kollektivin uğursuzluğu kimi qəbul edilir. Heç vaxt da bütün məsuliyyəti kiminsə boynuna qoymaq, kimisə günahlandırmaq fikrimiz olmayıb.

- Şahruddin Məhəmmədəliyev zədələnəndən sonra qapıçınız Səlahət Ağayevin adı “Qarabağ”la yanaşı hallanır. Onunla bağlı sizə müraciət olunub?
- Səlahət Ağayevlə bağlı heç nə eşitməmişəm. Onun “Qarabağ”ın maraq dairəsində olduğunu ilk dəfə sizdən eşidirəm.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

1-01-2023, 12:0

PFL və “CBC Sport”un əməkdaşlarının Antalyaya səfərini “Cansports” təşkil edəcək

Premyer-liqa

16-01-2023, 18:0

"Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq" - Elmar Baxşıyev

Aktual
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
Son xəbərlər
  • Bu gün, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Bu gün, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Bu gün, 15:31
    Niderlanda yollanacaq
  • Bu gün, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Bu gün, 14:29
    Milandan Turinə yollana bilər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 133
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 116
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə