Azərbaycan xalqının qan yaddaşı – 20 yanvar faciəsindən 33 il ötür.
Football-plus.az xəbər verir ki, bununla əlaqədar olaraq "Neftçi"nin nümayəndələri, əvəzedici komandanın və akademiyanın üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər, məzarlar önünə gül qoyublar.