"Qarabağ" Rumıniya klubunu darmadağın etdi

25.06.2022 21:23 487
Ölkə futbolu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, "atlılar" Rumıniyanın "Botoşani" klubu ilə qarşılaşıb.

Kössen stadionunda keçirilən matç təmsilçimizin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.

Yoxlama oyunu

25 iyun
Kössen stadionu
"Qarabağ" - "Botoşani" - 4:0
Qollar: Kadi, 11. Veşoviç, 15. Vadji, 40, 48.