• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yaşar Vahabzadənin vaxtından Vidadi Rzayevin gözü məni götürmürdü”

Premyer-liqa / Manşet / Müsahibə

17-01-2023, 18:0

Tərlan Əhmədovun "Kəpəz"ə gəlişindən sonra “qara siyahı”ya düşən futbolçulardan biri də Əli Səmədovdu.

"Sarı-göylər"in vitse-kapitanı öncə əvəzedici komandaya göndərildi, çempionatın 1-ci yarısı başa çatandan sonra isə "Şamaxı"ya keçdi. 7 il Gəncə təmsilçisində çıxış edən, 4 il kapitan sarğısını daşıyan Səmədovla komandandan ayrılması, Tərlan Əhmədov ilə təcrübəli futbolçuların qarşıdurması, gələcək planları barədə söhbət etdik.

- Necə oldu ki, "Kəpəz"dən getmək qərarına gəldin?
- Əslində "Kəpəz"dən getmək istəmirdim. Hətta mövsümün sonuna kimi əvəzedicilərdə qalıb oynamağı düşünürdüm. "Kəpəz-2"də Xaliq Mərdanov kimi futbolçuları başa düşən, yaxşı mühit yaradan baş məşqçi var. Sağ olsun, təcrübəlilərə yalnız futbolçu yox, həm də köməkçi kimi yanaşır, hörmət edir. Həmçinin əvəzedicilərdə oynamaqla yenidən əsas komandaya qayıdacağıma inanır və bunu gözləyirdim. Tərlan Əhmədov “bu gün-sabah səni qaytaracam” deyərək vədlər verirdi. Onun sözünü tutmadığını, məni aldatdığını anlayandan sonra başqa klubdan təklif gələcəyi halda gedəcəyimi qətiləşdirdim. Çempionatın birinci yarısı bitəndən sonra "Şamaxı"dan təklif gəldi və dəyərləndirmək qərarına gəldim.

- Başqa təkliflər vardı?
- Xeyr, yox idi.

- Tərlan Əhmədovla təcrübəli futbolçuların yola getməməsinin səbəbi nədi?

- Baş məşqçi bir-iki futbolçuyla yola getmirsə, problemi oyunçularda axtarmaq olar. Amma 4 futbolçuyla... Özü də onların üçü ölkə futbolunda yetərincə nüfuza malikdi. Onlarla da qarşıdurma yaşanırsa, deməli, problem oyunçularda deyil. Ola bilməz ki, bütün futbolçular pis olsun. Deməli, problem baş məşqçidədi. Raufla Əfran həm yaxşı futbolçu, həm də yaxşı insandı. Hər biriylə yaxın münasibətimiz var. Onların Tərlan Əhmədovla bağlı mətbuata verdikləri açıqlamaların hamısı həqiqətdi.

- Səndən fərqli komanda yoldaşların mövsümün sonuna kimi "Kəpəz"də qalacaqlarını qətiyyətlə bildiriblər. Onların qərarına münasibətin necədi?
- Qərarlarını dəstəkləyirəm. Futbolçunun başqa bacarığı yoxdu, ona görə niyə qazancı, maaşı olduğu halda, bundan məhrum olmalıdı? "Şamaxı" variantı olmasa, mən də müqaviləmin sonuna kimi komandada qalaraq, əvəzedicilərdə çıxışıma davam edəcəkdim.

- Əvəzedicilərdə Raufla birgə oynadın. Baxımlı oyunu və vurduğu qollarla 1-ci divizionun vitse-bombardiridi. Çoxları divizionun səviyyəsinin olduqca aşağı olduğunu vurğulayaraq, Raufun əli cibində oynamaqla qollar vurduğu qənaətindədi. Həqiqətən belədi?
- Birinci divizionla premyer-liqa arasında böyük fərq var. Amma divizion heç də aşağı səviyyəli çempionat deyil. Özüm illərlə burda çıxış etmişəm, nə qədər çətin olduğunu görmüşəm. 33 yaşı olmasına rəğmən, Rauf daim üzərində çalışan, formasını qoruyan peşəkar futbolçudu. Heç kim deyə bilməz ki, yeriyərək qol vurur.

- "Kəpəz"dən getməyinə üzülürsən?
- Əlbəttə, çətindi. Özüm gəncəliyəm, 7 ildən çoxdu "Kəpəz"dəyəm, 4 il komandanın kapitanı olmuşam. Bəlkə də məni istəmənlərə kim olduğumu sübut etməyim üçün əziz, doğma klubumdan getməyim lazım idi. Bunu zaman daha yaxşı göstərəcək.

- "Kəpəz"də Tərlan Əhmədovdan başqa səni istəməyənlər var?
- Bir nəfər məşhurlarımızdan var ki, məni görməyə gözü yox idi.

- Çəkinmirsənsə, həmin məşhurun adını deyə bilərsən?

- Yaşar Vahabzadənin vaxtından Vidadi Rzayevin gözü məni götürmürdü. Səbəbini bu günə kimi də bilmirəm. Hətta məni komandadan qovmadığına görə dəfələrlə Yaşar müəllimlə mübahisə edib. Baş məşqçi də heç bir halda məni komandadan qovmayacağını qəti şəkildə ona deyib. Ola bilsin, "Kəpəz" rəhbərliyində daha bir nəfərin mənə qarşı qərəzi olsun, adını dəqiq deyə bilmərəm. Düşünürəm ki, məni gözü götürməyən bu şəxslər Tərlan Əhmədova da hər cür "kömək" göstərdi. Çünki Tərlan bəy məni uzaqlaşdırarkən bir neçə dəfə "səni komandada görmək istəməyənlər var" demişdi.

- Yeni komandan “Şamaxı”nın ilk yarıdakı çıxışını necə qiymətləndirərdin?

- Mövsümə yaxşı başlamadılar. Heyətdə gənc, təcrübəsiz oyunçular çox idi. Tədricən futbolçular təcrübə yığdı, komandada oyun intizamı və yaradıcılıq formalaşdı. Bütün rəqiblərə “diş göstərməklə” başağrı oldular. "Şamaxı"da futbolçularla məşqçilər arasında çox yaxşı münasibət, anlayış, birlik var.

- Gənc futbolçuların üstünlük təşkil etdiyi komandada oynamaq çətin olmayacaq?
- Xeyr. Gənc futbolçularla məşq etmək, oynamaq daha xoşdu, bu mənə motivasiya verir. Gənc olmalarına baxmayaraq, çox döyüşkəndilər. İnanıram ki, onlarla birgə yaxşı oyunlarımız olacaq.

- "Kəpəz"lə müqayisədə qazancında fərq olacaq?
- Bununla bağlı detallı danışmayacam. Amma aşağı-yuxarı eyni maaşı alacam.

- Premyer-liqanın arxada qalan bölümünü necə qiymətləndirirsən?
- Əvvəlki mövsümlərlə müqayisədə bu il premyer-liqada həm klubların sayı, həm də səviyyə artıb. İstər ilk, istərsə də ikinci "5-lik"də güclü mübarizə gedir. Çempionata rəng qatan komandalardan biri də "Sabah"dı. Orda həm yerlilərdən, həm də legionerlərdən ibarət yaxşı komanda formalaşıb.

- Necə düşünürsən, Kadi kimi futbolçunun "Qarabağ"dan getməsi "köhlən atlar"ı zəiflədəcək?
- Kadi çox səviyyəli futbolçudu, buna şübhə yoxdu. Amma "Qarabağ" bir futbolçu üzərində qurulan komanda deyil. Odu ki, braziliyalının gedişinin Ağdam təmsilçisinə ciddi təsir edəcəyini düşünmürəm. İnanıram ki, "Gent"lə oyunlarda da sevinən tərəf olacaqlar.

- Səncə, "Qarabağ" bu mövsüm də asan çempion olacaq?
- Qurban Qurbanovun komandası heç vaxt asan çempion olmayıb. Onlar daim mübarizə aparıb, əzmlə rəqiblərini üstələyib. Qarşıda hələ 18 oyun var. Odu ki, "köhlən atlar"ı çətin matçlar gözləyir.

- Nə vaxtsa legioner həyatı yaşamağı düşünürsən?

- Hələ ki bu barədə fikirləşməmişəm.

- Bəs yığmaya çağrılacağını gözləyirsən?

- Bu vaxta kimi çağrılmamışamsa, deməli, özümü yetərincə yaxşı tərəfdən göstərməmişəm. Hələ 25 yaşım var. Üzərimdə daha çox çalışıb əvvəlcə "Şamaxı"da möhkəmlənməyi düşünürəm. Yaxşı formada olsam, nə vaxtsa yığmaya çağrılacağıma inanıram.

- 7 il sənə dəstək olan "Kəpəz" və yeni qoşulduğun "Şamaxı" azarkeşlərinə nə demək istərdin?

- "Xəmsə", "Kəpəz Ultras" fanklubu başda olmaqla bütün fanatlara dərin təşəkkürümü bildirirəm. Onlar həmişə mənə dəstək olublar. "Şamaxı" azarkeşlərinə daim komandalarına dəstək olduqlarına görə “sağ ol” deyirəm. Mənə olan ümidlərini doğruldacağıma söz verirəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-10-2022, 14:0

“Ümid edirəm ki, tezliklə əsas komandaya qayıdacam” - AÇIQLAMA

Premyer-liqa / Manşet

25-09-2022, 12:0

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

Premyer-liqa / Manşet

11-01-2023, 22:0

Elvin Yunuszadə “qara siyahı”ya düşməsinin səbəbini bilmir

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

Premyer-liqa / Manşet

27-09-2022, 14:0

“Kəpəz” rəhbərliyi Tərlan Əhmədov – Mehman Allahverdiyev qalmaqalına reaksiya verdi - AÇIQLAMA

Premyer-liqa / Manşet

10-01-2023, 21:0

Xaliq Mərdanov: "Oğluma şans verilmədi, bacarığı qiymətləndirilmədi"

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə