Okampos getdi, Yanuzay ilə Dolberq gəldi

1.09.2022 23:55 327
Dünya futbolu
“Sevilya” son günlər üç transfer əməliyyatı həyata keçirib.

Lukas Okampos “Ayaks”a icarəyə verilib. Niderland klubunun hücumçunu gələn yay birdəfəlik almaq hüququ olacaq.

İspaniya klubuna iki hücumameyilli futbolçu qoşulub. Belçikalı yarımmüdafiəçi Adnan Yanuzay azad agent kimi “Sevilya” ilə 4 illik müqaviləyə qol çəkib.

Andalusiyalılar Kasper Dolberqi də sıralarına qatıblar. “Nitsa”dan birilliyə icarəyə götürülən danimarkalı hücumçunun “Sevilya”da qalmaq imkanı olacaq. İspaniya klubu bunun üçün fransalılara təxminən 20 milyon avro ödəməli olacaq.