• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tərtərə getmək əvəzinə Ermənistana gedib çıxmışdıq”

Ölkə futbolu / Manşet

11-01-2023, 21:0

Demək olar ki, hər gün hansısa idman jurnalisti ona zəng edərək bir mövzuda fikir öyrənir.

Bu şəxs daha futbolun taktiki və texniki tərəflərini dəyərləndirir. Özü də məşqçilərlə birgə çalışır. Uzatmağa gərək yoxdu. Söhbət Aslan Kərimovdan gedir. Yanvarın 1-də veteran futbolçunun 50 yaşı tamam oldu. Gec də olsa, onunla əlaqə saxlayıb doğum gününü təbrik etdik. Aslan Kərimovu futboldan kənarlaşdırıb həyatı ilə bağlı söhbətləşdik...

- Ad günlərinizi qeyd etməyi xoşlayırsız? 50 illik yubleyiniz necə keçdi?
- Açığı, qeyd etməyi o qədər də sevmirəm. Amma yanvarın 1-də doğulmuşam. Bayrama düşdüyü üçün qeyd edirik. Hamımız həmişə bir yerdə oluruq. Bu il yubileyim idi. Amma xüsusi şəkildə qeyd etmədim. Çünki xoşlamıram. 50 yaşımı ailəmlə birgə keçirdim. Düzdü, restoranların birində qeyd etdik. Lakin iştirakçıların hamısı ailə üzvlərim idi.

- Aslan bəy, nə üçün futbolçu olduz?
- Vallah, nə deyim? Sevdiyimdən (gülür). Futbol oynamaqdan həzz alırdım. Özümü tanıyandan bu işlə məşğul olurdum. Kənddə, küçədə ancaq futbol oynayırdım. Bundan da həzz aldığım üçün futbolçu oldum.

- Hər bir ailə öz övladının yaxşı vəzifədə çalışmasını arzulayır. Ailənizin sizin üçün hansı planları var idi?
- (gülür) Uşaqlığım fərqli olub. 5 il tara getmişəm. Yəni musiqi təhsilim var. Əslində ailəmin məqsədi məni musiqiçi etmək idi. Sonra başladım futbol oynamağa. Elə yekunda da bu sahəni seçdim. Çox sağ olsunlar ki, bu işdə mənə maneə yaratmadılar. Onların planları başqa idi, amma futbolçu oldum.

- 50 illik ömrünüzdə başınıza gələn ən maraqlı hadisə?
- Maraqlı yox, bir az təhlükəli hadisə başıma gəlib. Səhv etmirəmsə, 1994-cü il idi. “Qarabağ”la Mingəçevirdə qalırdıq. Tərtər tərəfə gedirdik. Az qala Ermənistana girirdik. Postda saxladılar ki, hara gedirsiz? (gülür) Dedik ki, Tərtərə gedirik. Yaxşı ki, bizimkilərə tuş gəldik. Axırıncı postdan geri qaytardılar. “Qarabağ”da oynayan Fariz adlı biri var idi. Tərtərdən idi. Onlara getmək istəyirdik. Amma yolu səhv salmışdıq. Yəni başıma maraqlı və təhlükəli belə hadisə gəlib. Sözsüz, hadisələr çox olub. Övladımın dünyaya gəlməsi də möhtəşəm hadisədi. Amma ən qəribəsi danışdığım idi.

- Bəs həyatınızda pis nəsə olub ki, bunu unutmaq istəyirsiz? Yəni “kaş bu olmayaydı” dediyiniz nəsə var?
- Əlbəttə, var. Həyat onsuz da enişli-yoxuşlu olur. Düşünmürəm ki, hansısa insanın ömrü ancaq xoş xatirələrlə keçib. Mənim də başıma xoş olmayan işlər gəlib. Ən pisi ayağımın sınmağı idi. 21-22 yaşım var idi. Canımın sulu olan vaxtı zədələnməyim çox pis oldu. Əslində bu olmamalıydı. Belə şey baş verməsəydi, daha böyük nailiyyətlər əldə edə bilərdim. Amma belə sərt zədələnərək ayağımın sınmağı məni azı 1 il geri saldı.

- Ən çox bəyəndiyiniz yemək hansıdı? Yəni həftə ərzində nəyi yeməsəz, özünüzü narahat hiss edərsiz?
- Dolma yeməyi xoşlayıram. Amma həftə ərzində mütləq yeməli olduğum şey qayğanaqdı. Səhər yeməyinin yaxşı olması bizim üçün vacibdi. İdmançısansa, buna mütləq əməl etməlisən. Gənc yaşlarımdan elə gün yoxdu ki, qayğanaq yeməyim.

- Heç sevmədiyiniz yemək var? Məsələn, mən heç vaxt xaşa tamah salmamışam...
- Nə bildin ki, məndə də belədi? (gülür) Mən də xaş yeyə bilmirəm. Çox yoxladım, amma alınmadı. Çünki yanımda bəh-bəhlə yeyənlər çox olub. Amma xaş mənim üçün yasaq yeməkdi. Heç vaxt yeyə bilmədim. Ən yaxşı hazırlayanın da yanına getdim, amma alınmadı. Ən bahalı restoranlarda belə cəhd etmişəm, lakin sevmədim. Mənim yeməyim deyil xaş.

- Bayaq həyatınızda ən pis hadisəni danışdız. Bəs səhv? Nəsə etdiyiniz hərəkət olub ki, “kaş bunu etməzdim” deyə gileylənəsiz?
- Düşürəm ki, atdığım bütün addımlar doğru olub. Bəlkə də səhv olub. Amma bu, növbəti addım üçün yaxşı dərs, örnək olub. Yenə deyirəm, düşünmürəm ki, keçmişdə hansısa səhv iş görmüşəm. Qısaca, dönüb keçmişə baxsam, “kaş bunu etməzdim” deyəcəyim nəsə olmayıb.

- Azərbaycan klublarının oyunlarını çox vaxt mütəxəssis kimi dəyərləndirirsiz. Bəs özünüz hansı kluba azarkeşlik edirsiz?
- Azarkeşlik etdiyim klub yoxdu. Amma Avropa səhnəsində çıxış edərkən “Qarabağ”ı dəstəkləyirəm. Çünki həmin klubda çıxış etmişəm. Daxili çempionatda tərəfdarı olduğum kimsə yoxdu. Hər klubda tanıdığım, hörmət etdiyim dostum var. Amma hər birini ayrı-ayrılıqda sevirəm.

- Söhbət Azərbaycan yox, xarici klublardan gedir. Hansı ki, həmin kollektivin oyunlarını müntəzəm izləyirsiz...
- Müntəzəm şəkildə ancaq 1 yox, 2-3 klubun oyununu izləyirəm. Hansının ki, məşqçilərini yaxından tanıyıram, bir yerdə seminarlarda olmuşuq, onların matçlarını izləyirəm. Məsələn, Yürgen Kloppun açıq məşqində olmuşuq, söhbət etmişik. Bundan başqa, Rocer Şmidtin məşqində olmuşuq. Bu səbəbdən də həm “Borussiya” (Dortmund), həm də “Liverpul”in oyunlarını müntəzəm izləyirəm. Əsasən də Rocer Şmidtin komandaları maraq dairəmdədi. İndi o “Benfika”da işləyir. Bu səbəbdən də bu komandanın oyunlarına baxıram.

- Uzun müddətdi instruktor işləyirsiz. Olub ki, hansısa sabiq futbolçuda istedad hiss etmisiz, amma ümidinizi doğrultmayıb?
- Ümidi doğrultmayan kimisə deməzdim. Məşqçilik elə bir şeydi ki, burda bəxt amili böyük rol oynayır. Sən hər şeyi düz edə bilərsən, amma komandan sonda məğlub ola bilər. Belə bir iştirakçım olub. Amma ad çəkmək istəmirəm. Həmin şəxs işini çox yaxşı bilən biridi. Amma görürsən ki, komandası uğur qazanmadı.

- Aslan Kərimov fəal insandı? Yəni istirahət günlərində film izləməyə, teatra, konsertə, əylənməyə gedir? Məsələn, sonuncu dəfə hansı kinonu, tamaşanı izləmisiz?
- Bəli, fəal insanam. İstirahət vaxtlarımı təbiət qoynunda keçirməyi xoşlayıram. Ya ailəmlə, ya da dostlarımla birgə dəniz kənarına gedirik, dağlara çəkilirik. Tez-tez kinolara baxıram. Amma daha çox təbiət qoynunda istirahət etməyi xoşlayıram.

- Futbol ictimaiyyətinin bilmədiyi hansı xüsusi bacarığınız var. Bildik ki, tarzənsiz. Başqa?
- Vallah, “xanəndəyəm” demək istəyərdim (gülür). Amma əfsuslar olsun ki, belə deyil. Futbol ictimaiyyətindən çoxu bilir tarzən olduğumu. Bəzilərinə demişəm. Amma başqa xüsusi bacarığım yoxdu.

- 50 yaşlı Aslan Kərimovla 20, 30, 40 yaşlı Aslan Kərimov arasında hansı fərqlər var?
- Hər birini ayrı-ayrılıqda demək istəməzdim. 20 yaşlı Aslan Kərimov daha çox istiqamətlənmiş, məqsədə doğru irəliləyəm biri idi. Əsas hədəfim rəqabətdə qalib olmaq idi. Hər sahədə belə idi. Lakin yaşa dolduqca enerjim azaldı. Daha çox ağıllı olduğunu hiss edirsən. 50 yaşında isə məsələlərə daha fəlsəfi yanaşırsan. İndi məsələlərə daha sadə yanaşmağa başlamışam. Düşünürəm ki, hər şey birinci olmaq demək deyil. Əvvəllər qalib olmaq hər şey demək idisə, indi belə deyil. 50 yaşımda daha ahıl insanam.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

10-05-2022, 21:0

Mahmud Qurbanov: “İranda Rəşad Sadıqovla bir komandada oynadığım vaxt…”

İdman

24-05-2022, 17:0

Əmrah Çəlikəl: “Hər anımıza şükür edirik” - AÇIQLAMA

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 428
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 260
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 251
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 234
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 176
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 160
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə