Yusuf Laval "Neftçi"dən ayrıla bilər.
Football-plus.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi "Neftçi" ilə yayda müqaviləsini yeniləməyəcək. Buna səbəb futbolçunun "ağ-qaralar"da özünü xoşbəxt hiss etməməsidi.
Bundan əlavə, Lavalla Türkiyə və Portuqaliya superliqalarından klublar yaxından maraqlanır.
Qeyd edək ki, yarımmüdafiəçinin 2023-cü ilin iyununda klubla müqaviləsi başa çatacaq.
İLKİN SULTANLI
Avropanın 2 klubu "Neftçi"nin futbolçusunu transfer etmək istəyir
Premyer-liqa / Manşet


