Osimhen Corc Velanın uğurunu təkrarladı

11.01.2023 11:17 254
Dünya futbolu
A Seriyasının 17-ci turunda "Napoli" "Sampdoriya"nı 2:0 hesabı ilə məğlub edib.

Football-plus.az xəbər verir ki, Genuyadakı matçda hesabı açan Osimhen cari mövsümdə 10-cu qolunu vurdu. “Napoli”nin nigeriyalı hücumçusu A seriyasının 3 mövsümündə azı bu qədər qapıya yol tapan ikinci afrikalı futbolçu oldu.

24 yaşlı Viktordan əvvəl belə göstəriciyə “Milan”ın liberiyalı sabiq forvardı Corc Vea nail olmuşdu.