Ayaz Quliyev 90 dəqiqə meydanda oldu

18.04.2022 11:36 647
Dünya futbolu
Rusiya premyer-liqasında 25-ci turun oyunları keçirilib.

Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" növbəti matçına çıxıb.

Tula təmsilçisi "Rostov"la üz-üzə gəlib. Görüş "Arsenal"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycanlı futbolçu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Ayaz Quliyev sonadək mübarizə aparıb.

​“Arsenal” geridə qalan 25 turda 21 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.