"Ümid edirəm ki, mövsümün ikinci yarısında onları sevindirəcəyik"

10.01.2023 10:50 263
Premyer-liqa
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin qapıçısı İvan Brkiç açıqlama verib.

Football-plus.az xəbər verir ki, klubun televiziyasına danışan qolkiper Antalya toplanışını dəyərləndirib:

"Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladı. Azarkeşlər bizim 12-ci oyunçumuzdu. Onların bizi tribunada dəstəkləmələri çox xoşumuza gəlir. Ümid edirəm ki, mövsümün ikinci hissəsində onları sevindirəcəyik".