“İnter”in müdafiəçisi Milan Şkrinyar komandadan ayrıla bilər.
Football-plus.az xəbər verir ki, onun karyerasını İngiltərədə davam etdirmək ehtimalı var. Futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. Lakin milanlılar da slovakiyalını buraxmaq istəmir. İtaliya klubu Şkrinyara yeni müqavilə təklif edib.