"Real"ın yarımmüdafiəçisi Toni Kroosun gələcəyi qeyri-müəyyəndi.
Football-plus.az xəbər verir ki, klub futbolçuya yeni müqavilə təklif edib-etməməyi düşünür. Almaniyalının özü isə fiziki cəhətdən yüksək performansa tab gətirməyə hazır olub-olmamasına şübhə edir. Kroosla əlaqə saxlamağa başlayan "Mançester Siti" qeyri-müəyyənlikdən istifadə etməyə hazırdı.