"Mançester Yunayted" əsas hədəfi Kodi Qakponun "Liverpul"la anlaşmasından sonra gözlərini La Liqaya dikib.
Football-plus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın vingeri Marko Asensiyonu heyətinə qatmaq niyyətindədi. İspaniyalının "kral klubu" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatdığından o, mövsümün sonunda azad agent kimi İngiltərəyə gələ bilər. Lakin mankunianlar futbolçu ilə qışda müqavilə imzalamaq istəyir.