Bu futbolçu da "Qarabağ"dan ayrılır

5.01.2023 12:57 850
Premyer-liqa / Manşet
"Qarabağ" daha bir futbolçu ilə yolları ayırmaq üzrədi.

Football-plus.az xəbər verir ki, Kvabena Ovusu Ağdam təmsilçisini yayda tərk edəcək. Bu məlumatı "Sport-Ekspress" nəşri yayıb. Rusiyalı həmkarımızın məlumatına görə, "Ferentsvaroş" qanalə hücumçu ilə razılaşıb. Artıq tərəflər arasında ilkin müqavilə də imzalanıb.

Düzdü, Ovusu ilə "Qarabağ" arasında 6 aylıq saziş var. Lakin hücumçunun bu müddət ərzində başqa komanda ilə rəsmi müqavilə imzalamaq hüququ da var.