"Azərbaycanda özümü çox yaxşı hiss edirəm" - De Byazi

4.01.2023 18:24 309
Ölkə futbolu / Yığma
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis Albaniya millisinin ona maraq göstərməsi ilə bağlı bunları deyib:

"Azərbaycanda özümü çox yaxşı hiss edirəm. Albaniya millisinin De Byaziyə ehtiyacı ola bilər. Lakin o, hazırda məşğuldu (gülür)".

De Byazi 2020-ci ilin yayından Azərbaycan yığmasına rəhbərlik edir.