Canni de Byazi Azərbaycan millisindən ayrılır? - İDDİA

1.12.2022 09:49 1 473
Yığma
Canni de Byazi Azərbaycan millisindəki vəzifəsindən ayrıla bilər.

Football-plus.az xəbər verir ki, bu məlumatı Albaniya mətbuatı yayıb. İtaliyalı mütəxəssis adıçəkilən ölkəni çalışdıra bilər. Albaniya Futbol Federasiyası Eduardo Reyanla yeni müqavilə imzalamayacaq. Yığmanın sükanı arxasına keçməyə 3 namizəd var: Canni de Byazi, Dino Baccio və Esteban Kambyasso. Federasiya dekabrın sonlarında siyahıdakılardan biri ilə anlaşacaq.

Qeyd edək ki, Canni De Byazinin AFFA ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqaviləsi var.