De Byazi təklifləri nəzərdən keçirir

1.10.2022 18:17 331
Yığma
Milli komandanın baş məşqçisi Canni de Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə danışıb.

"Football-plus.az" xəbər verir ki,o italiyalı mütəxəssis son vaxtlar haqqında yazılanları fərziyyə adlandırıb:

"AFFA ilə sentyabrın 30-dək müqaviləm var, ondan sonra bütün təklifləri nəzərdən keçirəcəm. Bəzi məlumatlar külək kimidi. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95 faizi yalandı".


Xatırladaq ki, De Byazi 2020-nin iyulundan yığmamıza rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011-17-ci illər aralığında Albaniya millisini çalışdırıb.