Qriqorçuk Azərbaycanda oynamış futbolçunu komandasına gətirdi

30.09.2022 13:53 348
Dünya futbolu
"Səbail" və "Sabah"ın keçmiş futbolçusu Kevin Kubembanın yeni klubunun adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Ukrayna "Çernomorets"ində davam etdirəcək. Bu barədə Odessa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kluba azad agent kimi transfer olunan konqolu forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kevin Kubemba 2018-2019-cu illərdə "Səbail"də, 2019 - 2021-ci illərdə isə "Sabah"da oynayıb.

Əlavə edək ki, hazırda "Çernomorets"i "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul