1-ci divizionda çıxış edən "Mingəçevir" ikinci dövrənin hazırlıqlarına sabah başlayacaq.
Football-plus.az xəbər verir ki, bölgə klubu heyətini gücləndirmək istəyir. "İşıqçılar" bu səbəbdən də yanvarın 10-na kimi seleksiya xarakterli məşqlər keçəcək. Klub limitə uyğun olaraq 17-21 yaşlı futbolçular axtarışındadı.
Qeyd edək ki, "Mingəçevir" 1-ci divizionda 14 turdan sonra 13 xal 13-cü pillədə qərarlaşıb.
İLKİN SULTANLI