Azərbaycan güləşçiləri 2022-ci ildə 165 medal qazanıb

29.12.2022 20:30 353
İdman
Güləşçilərimizin 2022-ci ildə müxtəlif yaş qrupları üzrə beynəlxalq yarışlarda qazandıqları medalların sayı bəlli olub.

Bunu Azərbaycan Güləş Federasiyası açıqlayıb. İdmançılarımız ümumilikdə 165 medal əldə ediblər. Bunlardan 63-ü qızıl, 44-ü gümüş, 58-i bürüncdü.